İlham Əliyev Rusiyaya getdi - Foto

SİYASƏT bölməsi

13:21 - 26 Dekabr 2023

 İlham Əliyev Rusiyaya getdi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Yenipress.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər xətti