Azərbaycanda prezidentliyə namizədlərin sayı 7-yə çatdı - Adlar

TOPLUM bölməsi

11:57 - 18 Dekabr 2023

 Azərbaycanda prezidentliyə namizədlərin sayı 7-yə çatdı - Adlar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə Yenipress.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

***

10:34

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.

***

Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Fuad Əliyev deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək, ”Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb.

Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 7-yə çatıb.

Xəbər xətti