Erməni komandir sərxoş halda əsgərlərə “qalx” əmri verib...

GÜNDƏM bölməsi

12:13 - 12 Dekabr 2023

 Erməni komandir sərxoş halda əsgərlərə “qalx” əmri verib...

Orduda müəyyən etdiyim neqativ təzahürlərə toxunmazdan əvvəl Suren Papikyana və onun iki müavininə, “Lampula” ləqəbi ilə tanınan Arman Sərkisyana müraciət etmək istərdim. Hara baxırsınız, aylardır nə işlə məşğulsunuz, işinizin adı nədir, nəyə görə maaş alırsınız, nəyə görə mükafat alırsınız və niyə dəbdəbəli evlər alırsınız? Axı cavabdeh olduğunuz sahədə tam xaos, cəzasızlıq, yolverilməzlik hökm sürür.

Yenipress.az xəbər verir ki, bunu erməni jurnalist Qayane Zarqaryan Yutub kanalında deyib.

“Orduda islahatların getdiyi barədə yüksək səsli bəyanatlar verdiniz. Amma sizin zabitlər ordudakı cinayətkar davranışı, cinayətkar elementləri aradan qaldıra bilmədilər. Siz orduda asayişi bərpa edə bilmədiniz. Baxmayaraq ki, oğlanlarımızın, əsgərlərimizin təhlükəsizliyinə cavabdeh olan sizsiniz. Faciəvi hadisələrin baş verdiyi həmin hərbi hissələrdə eyni vəziyyətin təkrarlanmasını necə izah edirsiniz? Oğru anlayışları, hərbi hissələrdə xaos, biabırçı hadisələr haqqında yenə eşidirik.

Papikyan, bu ilin avqustunda Dəvəlidə yerləşən N saylı hərbi hissədə iki intihar hadisəsinin səbəbi nədir? Hazırda orada xaos davam edir, bir neçə gün əvvəl əsgərlər arasında dava olub. Siz isə deyirsiniz ki, islahatlar yolu ilə gedirsiniz. Papikyan, bir neçə gün əvvəl Şəmşədin (Mehrab qəsəbəsi - red.) hərbi hissəsində baş vermiş daha bir hadisəni izah edin. İslahatlardan danışırsınız, amma zabitləriniz öz kefini düşünürlər. Sadəcə başa düşmək istəyirəm, necə olub ki, bu hərbi hissədə sərxoş vəziyyətdə olan komandir gecə saatlarında kazarmaya daxil olub, “qalx” əmri verib, əsgərləri təhqir edib, bundan sonra dava düşüb. Səhv etmirəmsə, hazırda alay komandiri xəstəxanada, əsgər isə Dilicanda hauptvaxtdadır. Mənim şəxsən sizə qarşı heç bir qərəzim yoxdur, cənab Papikyan. Sadəcə bütün bunları izləyirik, orduda, sizin rəhbərlik etdiyiniz idarədə bir xaos görürük”, - o bildirib.

Yenipress.az

Xəbər xətti