“Xəngəl evi”ndə müştəri bıçaqlandı

KRİMİNAL bölməsi

10:21 - 15 Noyabr 2023

 “Xəngəl evi”ndə müştəri bıçaqlandı

Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən “Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb.

Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.  O, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti