Bakıda ana və qızı döyüldü, biri öldü

KRİMİNAL bölməsi

10:36 - 1 Noyabr 2023

 Bakıda ana və qızı döyüldü, biri öldü

Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib.

Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə Mayis qızı Vəliyevanın sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib.

Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

Xəbər xətti