Muğan Bank bağlandı: kredit borcları silinəcək? - Açıqlama

İQTİSADİYYAT bölməsi

10:27 - 20 Oktyabr 2023

 Muğan Bank bağlandı: kredit borcları silinəcək? - Açıqlama

Azərbaycanda təxminən 10 il ərzində 20-ə yaxın bank bağlanıb. Lakin müəssisənin bağlanmasının bura borcu olan şəxslərə heç bir təsiri yoxdur. Bankın lisenziyasının ləğv edilərək, inzibatçının təyin edilməsi kredit borcu olanlar üçün hansısa şərti dəyişmir. Qrafikə uyğun olaraq, onlar borclarını ödəməlidir.

Bu sözləri Yenipress.az-a Muğam Bankın lisenziyasının ləğv edilməsi haqda açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçı bildirib ki, qoyulan əmanətlərin geri qaytarılması prosesi barədə məhkəmə bankı müflis elan etdikdən sonra bir ay ərzində Əmanətlərin Sığortalanması Fondu (ƏSF) vasitəsi ilə məlumat veriləcək:

“Burada söhbət sığortalanan əmanətlərdən gedir. Muğan Bankın depozit portfelində 99.9 faiz əmanətlər sığortalanıb. Sığortalanmayanların miqdarı isə çox cüzi - 0.1 faizdir. Burada isə söhbət təxminən 200 mindən çox vəsaitdən gedir ki, bu əmanətlər də adi kreditor iddiası olaraq qeydə alınacaq və digər bankın öhdəlikləri icra ediləndə proporsional olaraq həll ediləcək.

Banklar haqqında qanunun 82-ci maddəsinin birinci bəndində ləğv edilməkdə olan bankın ödənişlərinin ardıcıllığı verilib. Belə ki, ƏSF sığortalı əməliyyatları qaytardıqdan sonra bankın vəsaitləri ilə ilk olaraq öz pulunu "dirildəcək". ƏSF-nin də ortaya çıxan xərcləri bankın aktivləri hesabına qarşılanacaq”.

Sayalı

Xəbər xətti