Ötən həftə atasını itirən aktyor evində ölü tapıldı

MAQAZİN bölməsi

11:26 - 1 Avqust 2023

 Ötən həftə atasını itirən aktyor evində ölü tapıldı

Amerikanın HBO kanalının Euphoria serialında "Fez" obrazını canlandıran aktyor Anqus Kloud dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, ailəsinin verdiyi açıqlamaya görə, bir həftə əvvəl atasını itirən aktyor psixi problemlər yaşayırdı.

Hadisədən sarsılan Anqus təkliyə qapılmışdı.

Evində cansız bədəni tapılan aktyorun ölüm səbəbi hələ ki açıqlanmır.

Qeyd edək ki, Anqus Kloud 10 iyul 1998-ci ildə ABŞ-də anadan olub.

Xəbər xətti