Türkan Şoray: Mehriban Əliyeva məni evinə çay içməyə dəvət etmişdi - Video

MAQAZİN bölməsi

13:50 - 29 İyul 2023

 Türkan Şoray: Mehriban Əliyeva məni evinə çay içməyə dəvət etmişdi - Video

Türkiyəli aktrisa Türkan Şoray Azərbaycanla bağlı xatirələrini bölüşüb.

Yenipress.az xəbər verir ki, bu barədə sənətkar “ATV səhər”ə danışıb.

O bildirib ki, birinci xanım Mehriban Əliyeva onu evinə dəvət etmişdi:

“Birinci xanım Mehriban Əliyeva məni evinə çay içməyə dəvət edib. Azərbaycanda gözəl xatirələrim olub. Ona bir kitab hədiyyə etdim. Hətta kitabı Azərbaycan dilinə tərcümə etdirmək təklifini verdi. Çox gözəl xatirələrim var. Azərbaycana müxtəlif illərdə üç dəfə gəlmişəm. Yenə gəlmək istəyirəm”.

Türkan Şoray ümummilli lider Heydər Əliyev haqqında da danışıb:

“Heydər Əliyevlə tanış olmaq şansım olmayıb. Azərbaycanın ulu öndərini onun 100-cü ilində sayqı ilə anıram. Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı sənət aləminin mehribanlaşması, türk ifaçıların ölkənizdə tanınması üçün çalışdı. Dilimiz, türkülərimiz, adətlərimiz eynidir”.

 

Xəbər xətti