Ruslar erməni maşınında külli miqdarda qaçaqmal aşkarladı

DÜNYA bölməsi

15:02 - 20 İyul 2023

 Ruslar erməni maşınında külli miqdarda qaçaqmal aşkarladı

Gürcüstan-Rusiya sərhədində Ermənistana aid yük maşınında külli miqdarda qaçaqmal ələ keçirilib.

Yenipress.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Məlumatda Yuxarı Lars keçid məntəqəsində Ermənistandan gələn yük maşınında çəkisi 4 ton olan 280 min qutu siqaret üçün nəzərdə tutulan tütün məmulatları aşkar edildiyi bildirilib. Ələ keçirilən malların ümumi dəyəri 1,1 milyon dollardır.

Xəbər xətti