Qəzvində təyyarə qəzaya uğradı

DÜNYA bölməsi

13:53 - 20 İyul 2023

 Qəzvində təyyarə qəzaya uğradı

Qəzvin əyalətinin Takistan bölgəsində kənd təsərrüfatı təyinatlı dərmansəpən təyyarə qəzaya uğrayıb.

Yenipress.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 20-də yerli vaxtla saat 10 radələrində baş verib. Qəza nəticəsində xəsarət alan pilot və onun köməkçisi xəstəxanaya köçürülüb.

Takistanın fərmandarı Seyid Camal Hüseyni qəzanın təyyarənin motorunun sönməsi nəticəsində baş verdiyini deyib.

Xəbər xətti