Ermənistan ordusuna 17 milyon dollar vəsait ayrıldı 

DÜNYA bölməsi

12:16 - 20 İyul 2023

 Ermənistan ordusuna 17 milyon dollar vəsait ayrıldı 

Ermənistan Müdafiə Nazirliyi əlavə olaraq 6,7 milyard dram (17 milyon dollardan bir qədər çox) vəsait alacaq.

Yenipress.az xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Qeyd olunur ki, nazirliyin prioritet xarakter daşıyan gözlənilməz xərcləri olub.

Xatırladaq ki, 2023-cü il üçün respublikanın müdafiə büdcəsi 506 milyard dram (təxminən 1,31 milyard dollar) və ya 2022-ci illə müqayisədə 35% çox nəzərdə tutulub. Eyni zamanda, 2023-cü ilin birinci rübündə Nazirliyin tabeliyində olan əsaslı tikinti xeyli az yerinə yetirilib: nəzərdə tutulan 60,7 milyard dramlıq (təxminən 158 milyon ABŞ dolları) işlər faktiki olaraq 10,5 milyard dram (50 milyon dollardan bir qədər çox), həcmində, yəni üç dəfə az icra edilib.

Xəbər xətti