Avstraliya Rusiya və Belarus rəsmilərinə sanksiya tətbiq etdi

DÜNYA bölməsi

10:00 - 20 İyul 2023

 Avstraliya Rusiya və Belarus rəsmilərinə sanksiya tətbiq etdi

Avstraliya hakimiyyəti Rusiya və Belarusdan olan on vətəndaşa, habelə 35 Rusiya təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.

Yenipress.az xəbər verir ki, bunu  Avstraliya XİN rəhbəri Penni Vonq deyib.

“Avstraliya Rusiyanın müdafiə, texnologiya və energetika sektorlarında fəaliyyət göstərən 35 təşkilata, o cümlədən nazirlərə və yüksək rütbəli məmurlara, habelə Belarusdan on şəxsə qarşı sanksiyalar tətbiq edib”, - Vonq bildirib.

O qeyd edib ki, nüvə enerjisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan şirkətlər də sanksiyalara məruz qalıb:

“Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, Baş nazirin müavini Dmitri Çernışenko və Belarusun yüksək rütbəli hərbçilərinə qarşı da sanksiyalar tətbiq edilib”.

Xəbər xətti