Türkiyə-İran ticarət dövriyyəsinin həcmi açıqlandı

DÜNYA bölməsi

15:19 - 19 İyul 2023

 Türkiyə-İran ticarət dövriyyəsinin həcmi açıqlandı

İranın xarici ticarət mübadiləsinin 20 faizdən çoxu Türkiyə ilədir.

Yenipress.az xəbər verir ki, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib.

Türkiyənin İranın üçüncü ticarət tərəfdaşı olduğunu söyləyən səfir hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 12 milyard dollardan çox olduğunu bildirib.

İranın ixrac həcminin 14 faizi, idxal həcminin isə 10 faizi Türkiyə tərəfi ilə həyata keçirilir. Hazırda Türkiyədə 600 minlə 1 milyon arasında iranlı işləyir, yaşayır və ticarətlə məşğul olur,- Həbibullahzadə qeyd edib.

Xəbər xətti