Tehranda hicaba görə daha 15 iş yeri bağlandı

DÜNYA bölməsi

14:00 - 19 İyul 2023

 Tehranda hicaba görə daha 15 iş yeri bağlandı

Tehranın İslamşəhr şəhərində məcburi hicab qaydalarını pozan qadınlara xidmət göstərdiyi üçün 15 iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Yenipress.az xəbər verir ki, bu barədə İslamşəhrin polis rəisi Məhəmməd Əlizadə məlumat verib.

O, daha 24 iş yerinə yazılı, 43 iş yerinə isə şifahi xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Xəbər xətti