AB Ukraynaya 20 milyardlıq dəstək fondu yaradır

DÜNYA bölməsi

11:17 - 19 İyul 2023

 AB Ukraynaya 20 milyardlıq dəstək fondu yaradır

Avropa Birliyi növbəti 4 il ərzində Ukrayna ordusuna dəstək üçün ümumi dəyəri 20 milyard avroya qədər olan xüsusi fondun yaradılması imkanını nəzərdən keçirir.

Yenipress.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Təklif AB-nin Ukraynaya birbaşa silah tədarükünü nəzərdə tutmur. Əvəzində Brüssel ölkələrə döyüş sursatı, raketlər və tanklar kimi malların alınması və daşınması xərclərini ödəməyə kömək edəcək. Bu, həm də Ukrayna hərbçilərinin təlimlərinin ödənilməsinə kömək edəcək.

Xəbər xətti