Baydendən ilk reaksiya: Rusiyaya cavab verəcəyik

DÜNYA bölməsi

10:53 - 24 Fevral 2022

 Baydendən ilk reaksiya: Rusiyaya cavab verəcəyik

Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi “Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

O bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək.

Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq.

Co Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək: “Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynaya qarşı hərbi əməliyyatların başlandığını elan edib.

Xəbər xətti