Ərdoğan: Putinin səfəri üçün danışıq aparılır

DÜNYA bölməsi

15:42 - 23 Fevral 2022

 Ərdoğan: Putinin səfəri üçün danışıq aparılır

Ankara Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin təşkili üçün Moskva ilə təmasları davam etdirir, eyni zamanda telefon diplomatiyası da davam etdiriləcək.

Yenipress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda cənab Putinin səfəri üçün əlaqələr qurulur. Bu arada onunla telefon diplomatiyasını davam etdirəcəyik. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik”, - Türkiyə lideri bildirib.

Xəbər xətti


Digər xəbərlər