Qordon Putini təhqir etdi: Sən heyvansan! - Video

DÜNYA bölməsi

10:46 - 23 Fevral 2022

 Qordon Putini təhqir etdi: Sən heyvansan! - Video

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Rusiya lideri Vladimir Putinin Ukrayna haqda dediklərinə emosional reaksiya verib.

Yenipress.az xəbər verir ki, bu barədə o, Ukraina-24 kanalının efirində qonaq olarkən danışıb.

Qordon Putinin Ukrayna dövlətçiliyinin olmaması və bu ölkəni Lenin-Stalinin qurmasına kəskin reaksiya verib.

O bildirib ki, Putin sanki ondan imtina edən qızla davranır: qız imtina edir, Putin isə mütləq şəkildə onu ələ keçirəcəyi, zorlayacağını deyir, bütün hallarda “mənim olacaqsan” məntiqi ilə davranır:

“Onun beynində Lenin Stalinlə, tarakan siçanla əvəzlənir. Reallıqla əlaqəsi olmayan anlaşılmazlıqdır. Adam bunu 21-ci əsrdə deyir və bilir ki, Sovet İttifaqı ərazisində hansı terrorlar olub, milyonlarla insan necə ölüb”. 

Qordon Putinin ünvanına “Sən heyvansan” sözünü də işlədib.

 

Xəbər xətti


Digər xəbərlər