İrəvan Rusiyanı yox, İranı seçdi – Hraparak

SİYASƏT bölməsi

13:42 - 14 Aprel 2023

 İrəvan Rusiyanı yox, İranı seçdi – Hraparak

Rusiyanın Ermənistandakı səfirliyi bu yaxınlarda İrəvanda sorğu keçirib, onun nəticələri Kremlə münasibət baxımından heç də ürəkaçan deyil.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, əgər 2018-ci ilə qədər Ermənistan vətəndaşlarının 70%-dən çoxu Rusiyaya müsbət münasibət bəsləyirdisə, indi bu rəqəm iki dəfə azalıb və təxminən 40%-dir:

“Bu fakt Kremldə ciddi narahatlığa səbəb olub, lakin indiyə qədər onlar nə edəcəklərini bilmirlər və kəskin tədbirlər görməyəcəklər. Çünki Ermənistan vətəndaşlarının Qərbə münasibətində meyillik də kəskin artmayıb. Əvəzində Ermənistan vətəndaşları arasında İrana inam səviyyəsi artıb”.

Yenipress.az

Xəbər xətti