MDB xarici işlər nazirləri bu məsələləri müzakirə edəcək

SİYASƏT bölməsi

11:28 - 14 Aprel 2023

 MDB xarici işlər nazirləri bu məsələləri müzakirə edəcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq. 

Yenipress.az xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələrinə dair müzakirələr aparılacaq.

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədlərinin perimetri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, ölkəmizi sammitdə XİN başçısının müavini Xələf Xələfov təmsil edir.

Xəbər xətti