Xankəndidə generalların gizli toplantısı: Arutyunyan tapşırıq verdi

SİYASƏT bölməsi

17:32 - 13 Aprel 2023

 Xankəndidə generalların gizli toplantısı: Arutyunyan tapşırıq verdi

Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyan “güc strukturlarının nümayəndələrinin” iştirakı ilə “iclas” keçirib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Görüş zamanı Arutyunyan erməni generallara tapşırıq versə də, bunun nədən ibarət olduğu açıqlanmayıb.

“İclasa” generallarla yanaşı separatçı “administrasiyanın rəhbəri” Karen Şahramanyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan da qatılıb.

Xəbər xətti