Paşinyan: Qoşunları sərhəddən geri çəkməyə razıyam

SİYASƏT bölməsi

12:07 - 13 Aprel 2023

 Paşinyan: Qoşunları sərhəddən geri çəkməyə razıyam

Ermənistan AB-nin qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır.

Yenipress.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Biz 2021-ci ildən qoşunları çıxarmağa hazır olduğumuzu bəyan edirik. Və bu cür hərəkətlər Praqa bəyanatı və Soçidəki üçtərəfli bəyanatın əsasında qoyulan məntiqdən irəli gəlir”, - o bildirib.

Qeyd edək ki, AB tərəflərə şərti sərhəddə gərginliyi azaltmaq üçün qoşunların çıxarılması təklifi ilə çıxış edib.

Yenipress.az

Xəbər xətti