Avropa İttifaqının missiyası Dığa gəlməkdən imtina etdi

SİYASƏT bölməsi

13:23 - 12 Aprel 2023

 Avropa İttifaqının missiyası Dığa gəlməkdən imtina etdi

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) dünən yarım gün ərzində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün dilə tutub.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndi ziyarət etməkdən imtina edib.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Xəbər xətti