Lionel Messi onu doqquz saat gözləyən azarkeşi evinə qonaq etdi

İDMAN bölməsi

14:07 - 11 Aprel 2023

 Lionel Messi onu doqquz saat gözləyən azarkeşi evinə qonaq etdi

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evinə qonaq edib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, Xuan Polkan adlı fanat bu barədə "Infobae" nəşrinə müsahibəsində bildirib.

O, 36 yaşlı hücumçunun ev ünvanını daha əvvəl oyunçuya xidmət etmiş saç ustası sayəsində tapdığını söyləyib.

Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun yanından keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.

Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib:

"Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı".

Xəbər xətti