Fransanın məşhur klubu oruc tutan futbolçunu komandadan qovdu

İDMAN bölməsi

12:46 - 5 Aprel 2023

 Fransanın məşhur klubu oruc tutan futbolçunu komandadan qovdu

Fransanın “Nant” klubunun futbolçusu Jauen Hadjam komandadan qovulub.

Yenipress.az xəbər verir ki, buna onun oruc tutması səbəb göstərilib.

Baş məşqçi Antuan Kombuare 20 yaşlı əlcəzairli müdafiəçidən oyun günü oruc tutmamasını tələb edib.

Futbolçu isə bunu qəbul etməyib. Nəticədə Hadjam əsas komandadan göndərilib.

Xəbər xətti