ABŞ may ayında immiqrasiya siyasətini sərtləşdirəcək

DÜNYA bölməsi

11:50 - 22 Fevral 2023

 ABŞ may ayında immiqrasiya siyasətini sərtləşdirəcək

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya qanunlarına bəzi qanunsuz miqrantların ABŞ-da sığınacaq üçün müraciət etmələrini qadağan edən düzəlişlər təklifini yayımlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, yeni miqrasiya qaydaları mayın 11-dən qüvvəyə minəcək:

“Koronavirus pandemiyasının başlaması fonunda Tramp administrasiyasının tətbiq etdiyi “42-ci Bölmə” də fəaliyyətini dayandıracaq. “42-ci Bölmə” Nikaraqua, Kuba və Haitidən olan miqrantların ABŞ-Meksika sərhədini qeyri-qanuni keçdikləri halda onların ABŞ ərazisindən tez bir zamanda çıxarılmasına icazə verir”.

Ağ Ev bildirib ki, yeni qaydalar Tramp administrasiyasının miqrasiya təcrübələrinin davamı kimi qəbul edilməməlidir. Bayden administrasiyası isə Daxili Təhlükəsizlik Departamentinin təkliflərini cənub sərhədində asayişin təmin edilməsi kimi qiymətləndirib.

Yenipress.az

Xəbər xətti