İranın pisniyyətli fəaliyyəti artıb – ABŞ admiralı

DÜNYA bölməsi

10:51 - 22 Fevral 2023

 İranın pisniyyətli fəaliyyəti artıb – ABŞ admiralı

Son iki il ərzində İran hökumətinin bədxah və təxribatçı əməlləri daha da artıb.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki 5-ci donanmasının komandiri Bred Kuper deyib.

Onun  sözlərinə görə, nüvə gərginliyinin davam etdiyi bir vaxtda İranın  regionun su yollarına hücumları artıb və bu pis niyyətli fəaliyyətlər hamının diqqətini cəlb edib:

“Amerika qüvvələri və müttəfiqləri bir neçə dəfə İran hökumətinin silah daşımalarını ələ keçirə biliblər. Lakin İran hökuməti pilotsuz təyyarələrin və hücum gəmilərinin gücündən istifadə edərək Yaxın Şərqin su yollarında kommersiya gəmiçiliyini təhlükə altına atmağı bacarıb”.

Yenipress.az

Xəbər xətti