Avropa Birliyi İranda əcnəbi vətəndaşların həbsini pislədi

DÜNYA bölməsi

21:40 - 21 Fevral 2023

 Avropa Birliyi İranda əcnəbi vətəndaşların həbsini pislədi

Avropa Birliyi bəyanat yayaraq, Avropa və ikili vətəndaşların İran hakimiyyəti tərəfindən özbaşına saxlanmasını qəti şəkildə pisləyib.

Yenipress.az xəbər verir ki, Avropa Birliyinin xarici siyasət rəsmisi Jozep Borrell, Avropa Birliyi adından bu bəyanatı dərc edib.

O vurğulayıb ki, İranda Avropa vətəndaşlarının əsassız həbslərinin sayının artması Avropa Birliyi səlahiyyətlilərini dərindən narahat edib.

"İran hakimiyyətindən siyasi mənfəət naminə xarici vətəndaşları həbs etməkdən çəkinməyi tələb edirik".

Cavid

Xəbər xətti