Abbas Lisani 50 aylıq həbsdən sonra sərbəst buraxıldı

DÜNYA bölməsi

20:01 - 21 Fevral 2023

 Abbas Lisani 50 aylıq həbsdən sonra sərbəst buraxıldı

Güney Azərbaycanın tanınmış siyasi fəalı Abbas Ləsani fevralın 21-də Beynəlxalq Ana Dili Günündə Ərdəbil həbsxanasından (Mühafizə palatası) azad edilib.

Yenipress.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 4 il 2 ay həbsdə olduqdan sonra azadlığa buraxılıb.

Fəalın 2 il yaşayış yerini tərk etməmək cəzasını çəkmək üçün Yəzd səhərində yerləşən Ərdəbil Polis Komandanlığının təcridxanasına köçürüldüyü bildirilib.

Qeyd edək ki, milli fəala 8 il həbs cəzası verilmişdi.

Xəbər xətti