Rza Pəhləvi Avropa Parlamentində çıxış edəcək

DÜNYA bölməsi

18:26 - 21 Fevral 2023

 Rza Pəhləvi Avropa Parlamentində çıxış edəcək

İranın keçmiş şahının oğlu Rza Pəhləvinin gələn həftə Avropa Parlamentində çıxışı planlaşdırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə AP-nin İsveçdən olan nümayəndəsi Çarli Veimers məlumat yayıb.

Rza Pəhləvi Fransanın Strasburq şəhərində Avropa Parlamentinin iclasında çıxışı ilə yanaşı, bu qurumun bir sıra seçilmiş rəsmiləri ilə də görüşüb söhbət edəcək.

Çarli Veimersin dediyinə görə, dəvətlər və görüşlər İran xalqının demokratiya, azadlıq və insan haqları uğrunda mübarizəsini dəstəkləmək üçün təşkil edilib.

Cavid

Xəbər xətti