Ötən ildən bəri Ukraynada ölən vətəndaşların sayı... - BMT

DÜNYA bölməsi

17:47 - 21 Fevral 2023

 Ötən ildən bəri Ukraynada ölən vətəndaşların sayı... - BMT

Ötən il  fevralın 24-dən bəri Ukraynada 8 mindən çox mülki şəxs həlak olub.

Yenipress.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı məlumat yayıb.

“Ukraynanın şərqində son 12 ayda ən azı 8 006 mülki şəxs həlak olub, 13 287 nəfər yaralanıb”, - məlumatda deyilir.

Bildirilir ki, mülki itkilərin 90%-dən çoxu partlayıcı silahların düşməsi nəticəsində həyatını itirib.

Yenipress.az

Xəbər xətti