Kremlin Belarusla bağlı şok planı

DÜNYA bölməsi

14:37 - 21 Fevral 2023

 Kremlin Belarusla bağlı şok planı

Bir qrup jurnalist Rusiya hakimiyyətinin “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlı sənəd əldə edib. Sənədə əsasən, Kreml 2030-cu ilə qədər Belarusun siyasətini, iqtisadiyyatını və hərbi potensialını tam nəzarətə götürməyi planlaşdırır.

Yenipress.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“2030-cu ilə qədər Rusiya hakimiyyəti Belarus qanunvericiliyini Rusiya qanunvericiliyinə uyğunlaşdıracaq, respublikanın xarici siyasətini nəzarətə götürəcək və Minski Rusiyanın maraqları çərçivəsində idarə edəcək, həmçinin Kreml ölkədə hərbi mövcudluğunu artıracaq. Belarusda Rusiya media orqanlarının sayını artırmaqla respublikanın informasiya məkanını Moskvaya tabe etmək, rus dilinin belarus dilindən üstünlüyünə nail olmaq, o cümlədən Belarus vətəndaşlarına Rusiya pasportlarının verilməsi prosesini sadələşdirmək də strateji plana daxil edilib”,- məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya hakimiyyəti elm və təhsil vasitəsilə də Belarusda  təsirlərini yaymağı planlaşdırıb:

“Bu məqsədlə bütün ölkə ərazisində imtahan vermək üçün məntəqələrin açılması, həmçinin Mogilev, Qrodno və Vitebskdə bir neçə elm və mədəniyyət mərkəzinin yaradılması nəzərdə tutulub. Moskva planlarını Rusiya və Belarus rəhbərliyinin hələ 1999-cu ildə imzaladığı İttifaq dövləti haqqında saziş vasitəsilə həyata keçirməyə hazırlaşırmış. Bununla bağlı danışıqlar iyirmi il davam edib. 2019-cu ildə ölkələrin pul siyasəti və vergi qanunvericiliyinin uyğunlaşdırılması kimi iqtisadi məsələlərlə bağlı 28 ittifaq proqramı üzrə razılığa gəlinib”.

Vurğulanır ki, planın hazırlanmasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və  prezident administrasiyasının mühüm rolu olub:

“Onlara rəhbərliyi isə Prezident aparatının Sərhəd Əməkdaşlığı İdarəsinin rəisi Aleksey Filatov edib.  O, Cənubi Osetiya və Abxaziyada Kremlin maraqlarını təmsil edib, həmçinin “dxr” və “lxr” ilə humanitar və siyasi fəaliyyətinə nəzarətçi olub”.

Jurnalistlər sənədi kənar ekspertlərə göstəriblər və onlar onun etibarlı göründüyünü və ciddi qəbul edilməli olduğunu təsdiqləyiblər.

Yenipress.az

Xəbər xətti