Tehranın bu susqunluğu Moskvanı narazı salır

DÜNYA bölməsi

13:35 - 21 Fevral 2023

 Tehranın bu susqunluğu Moskvanı narazı salır

Rusiya Avropa Birliyinin missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi isə hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.

Yenipress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq vurğulayıb ki, Rusiya bu qədər etiraz edərkən, İran bu hadisələrə münasibət bildirmir və qardaşı Ermənistana xəbərdarlıq etmir:

“Bu, Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa Birliyinin hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq”.

Yenipress.az

Xəbər xətti