İranda da güclü zəlzələ oldu - Son dəqiqə

DÜNYA bölməsi

10:46 - 21 Fevral 2023

 İranda da güclü zəlzələ oldu - Son dəqiqə

İranın cənubunda yerləşən Fars vilayətinin Larestan rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla 09:35 radələrində qeydə alınıb.

İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi zəlzələnin yerin 10 km dərinliyində qeydə alındığını açıqlayıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Yenipress.az

Xəbər xətti