Brüsseldə iranlı müxaliflərin etiraz nümayişi keçirildi

DÜNYA bölməsi

16:13 - 20 Fevral 2023

 Brüsseldə iranlı müxaliflərin etiraz nümayişi keçirildi

Fevralın 20-də Belçikanın Brüssel şəhərində Avropada yaşayan müxalif iranlıların geniş etiraz aksiyası keçirilib.

Yenipress.az xəbər verir ki, nümayiş Avropa Parlamentinin bir neçə nümayəndəsi və iranlı siyasi mühacirlərin çağırışı əsasında baş tutub.

Nümayişçilər Tehran rejiminin repressiyalarına etiraz edib və SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınmasını tələb ediblər.

Aksiyada Avropanın bir çox ölkələrindən Brüsselə toplaşan mühacir iranlılar və Avropa insan haqları müdafiəçiləri iştirak ediblər.

Yenipress.az

Xəbər xətti