Rusiya Uqledara 5 min hərbçi köçürməyi planlaşdırır

DÜNYA bölməsi

12:14 - 20 Fevral 2023

 Rusiya Uqledara 5 min hərbçi köçürməyi planlaşdırır

Nikolski rayonunda yerləşən Rusiya hərbçiləri yaxın iki gün ərzində birbaşa cəbhəyə köçürüləcək. Ən çox ehtimal olunan istiqamət Uqledardır.

Yenipress.az xəbər verir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andryuşenko Teleqramda yazıb.

“Rusların ümumi sayı beş minə qədərdir, həmçinin hərbi maşınlar. Xüsusilə T-62 tankları 20 ədədə qədərdir”, - müşavir qeyd edib.

Yenipress.az

Xəbər xətti