İran zooparklarında 3 mindən çox canlı tələf oldu

DÜNYA bölməsi

09:21 - 20 Fevral 2023

 İran zooparklarında 3 mindən çox canlı tələf oldu

İran zooparklarında 10 ildə 52 vəhşi heyvan və 3000 quş tələf olub.

Yenipress.az xəbər verir ki, bu barədə Vəhşi Təbiətin Mühafizəsi və İdarə Olunması idarəsinin rəhbəri Qulamrza Abdali məlumat verib.

“Son 10 ildə İranda 14 zoopark, delfinarium və quş bağlarından azı 30 dəfə vəhşi heyvan və quşların tələf olmasıyla bağlı xəbərlər yayılıb. Bu xəbərlərə azı 52 vəhşi heyvanın və iki quş bağında azı 1000-3000 çöl quşunun ölümü daxildir”, - Abdali deyib.

Yenipress.az

Xəbər xətti