İsrail Suriyada SEPAH bazasını vurdu

DÜNYA bölməsi

14:16 - 19 Fevral 2023

 İsrail Suriyada SEPAH bazasını vurdu

İsrail Dəməşqin Kəfər bölgəsində yerləşən SEPAH-a bağlı bazaya hava zərbələri endirib.

Yenipress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumatda fevralın 18-dən 19-a keçən gecə həyata keçirilən hava hücumu nəticəsində 15 nəfərin öldüyü bildirilib.

Suriyanın rəsmi dövlət agentliyi SANA isə hücum nəticəsində 5 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını elan edib.

Cavid

Xəbər xətti