Qərb ölkələri iranlı etirazçılara dəstək oldu

DÜNYA bölməsi

03:07 - 20 Fevral 2023

 Qərb ölkələri iranlı etirazçılara dəstək oldu

ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin Münhen Təhlükəsizlik Sammiti çərçivəsində keçirilən görüşdə insan hüquqlarının Tehran hökuməti tərəfindən kobud şəkildə pozulmasının davam etdiyinə görə İran xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“Nazirlər İran rejiminin sabitliyi pozan fəaliyyətlərinə qarşı sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər”,- bəyanatda qeyd edilib.

Cavid

Xəbər xətti