İranda 2 qardaşa ölüm hökmü çıxarıldı

DÜNYA bölməsi

19:31 - 19 Fevral 2023

 İranda 2 qardaşa ölüm hökmü çıxarıldı

Bəlucistanın tanınmış şairi və müğənnisi Kamal Hutun oğulları Mənsur Hut və Nizamuddin Hut Zahidan məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə İranın Sistan və Bəlucistan əyalətində insan haqları pozuntularını işıqlandıran "Haalvsh" saytı məlumat yayıb.

“Mənsur Hut və Nizamuddin Hut Zahidan Musa Nuri Ədliyyə Kompleksinin cinayət şöbəsində vəkil seçmək hüququ olmadan "müharibə" və "yer üzərində fəsad" ittihamları ilə edama məhkum ediliblər”, -məlumatda deyilir.

Qeyd edək ki, Mənsur Hut və Nizamuddin Hut 30 sentyabr 2022-ci ildə ümumxalq etirazları zamanı SEPAH-ın Kəşfiyyat Təşkilatın qüvvələri tərəfindən həbs ediliblər.

Xəbər xətti