Qərb dövlətləri İranın addımlarından narahatdır

DÜNYA bölməsi

12:48 - 19 Fevral 2023

 Qərb dövlətləri İranın addımlarından narahatdır

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsindən və sabitliyi pozan hərəkətlərindən narahatıq.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

O, xarici işlər naziri Entoni Blinkenin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya, Fransa və Britaniya həmkarları ilə İranı müzakirə etdiyini açıqlayıb.

"4 ölkənin xarici işlər nazirləri İranın nüvə tədbirlərinin artması və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsindən narahatlıqlarını bildiriblər və İrandan öz öhdəliklərinə qayıtmasını tələb ediblər", - Prays deyib.

Xəbər xətti