Münhendə 3 iranlı müxalifin iştirakı ilə iclas keçirildi

DÜNYA bölməsi

12:31 - 19 Fevral 2023

 Münhendə 3 iranlı müxalifin iştirakı ilə iclas keçirildi

Münhen təhlükəsizlik konfransının ikinci günü müxalifətin üç tanınmış siması - Şahzadə Rza Pəhləvi, Məsih Əlinejad və Nazənin Bünyadinin iştirakıyla “Qadın, Həyat, Azadlıq : İrana baxış” adlı iclas keçirilib.

Yenipress.az xəbər verir ki, Karnegi Sülh Fondunun baş elmi işçisi Kərim Səccadpurun idarə etdiyi bu görüşdə İranda baş verən son hadisələr, o cümlədən etirazçıların tələbləri haqqında danışılıb.

Rza Pəhləvi çıxışı zamanı İran xalqının həmrəyliyinə diqqət çəkib:

"Xalq beynəlxalq ictimaiyyətdən ideallarının dəstəklənməsini gözləyirlər. Fərqli bir İran Qərb ölkələrində tətbiq olunan eyni azadlıq prinsiplərinə inanır və dərhal dünyada belə müttəfiqlər tapacaq”.

Xəbər xətti