Türkiyəyə gələn israilli tibb bacısı bu uşağa görə ölkəsinə qayıtmadı

DÜNYA bölməsi

15:06 - 18 Fevral 2023

 Türkiyəyə gələn israilli tibb bacısı bu uşağa görə ölkəsinə qayıtmadı

Türkiyəyə zəlzələdən zərərçəkənlərə kömək üçün gəlmiş İsrail xilasedicilərinin heyətində yer alan həkim Yosefit Moşe hələ də ölkəsinə qayıtmayıb.

Yosefitin komandası geri dönsə də, o, xilas edilən azyaşlı uşağı tək buraxmamaq üçün Türkiyədə qalıb. Bu barədə İsrail dövlətinin rəsmi Tvitter səhifəsindəki paylaşımda bildirilib.

Məlumatda qeyd olunub ki, 4 yaşlı Arasla anasını dağıntılar altından xilas etmək mümkün olsa da, onlar müxtəlif xəstəxanalarda müalicə olunurlar. İsrailin humanitar missiyasının üzvü olan, “Schneider” Xəstəxanasının tibb bacısı Yosefit Moşe Arası müalicə edib. Lakin o, azyaşlıdan ayrıla bilməyib, Türkiyədə qalaraq anasından ayrı düşən Arası hər gün qucağında yatızdırır.

Xəbər xətti