Ukraynadakı münaqişə ABŞ-a görə başlayıb - Professor

DÜNYA bölməsi

14:27 - 18 Fevral 2023

 Ukraynadakı münaqişə ABŞ-a görə başlayıb - Professor

ABŞ-ın son illərdəki hərəkətləri olmasaydı, Ukraynada münaqişə başlamazdı.

Axar.az xəbər verir ki, bunu İspaniyanın Kastiliya-La-Mança Universitetinin siyasi elmlər üzrə professoru Karlos Qonzales-Villa deyib.

O bildirib ki, NATO ABŞ-ın əlində alətdir:

“Ukraynadakı vəziyyətdə ABŞ-ın rolu əsasdır. ABŞ-ın son 10 il ərzində təkanları olmasaydı, münaqişə keçən fevralda alovlanmazdı”.

Professor Rusiya ilə Ukrayna arasında rəsmi danışıqların olacağına əmin olmadığını qeyd edib. O hesab edir ki, Qərbdə bunun üçün əlverişli əhval-ruhiyyə yoxdur.

Yenipress.az

Xəbər xətti