Tolik Türkiyədəki uşaqlardan birinə sahib çıxmaq istəyir - Müraciət

MAQAZİN bölməsi

13:40 - 13 Fevral 2023

 Tolik Türkiyədəki uşaqlardan birinə sahib çıxmaq istəyir - Müraciət

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) Türkiyədəki dəhşətli zəlzələ nəticəsində kimsəsiz qalan körpələrdən birini övladlığa götürmək istədiyini açıqlayıb.

Yenipress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tolik İnstaqramda canlı yayım açaraq, Türkiyə Səfirliyinə müraciət edib:

“Mən aidiyyatı qurumlara, Türkiyə Səfirliyinə müraciət edirəm. Türkiyədə dağıntlar altından xilas edilən körpələrdən birinə sahib çıxmaq istəyirəm. Evimi, işini, yaşayışımı araşdıra bilərsiniz”.

Qeyd edək ki, açıqlanan son rəqəmlərə görə, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 32 minə çatır.

Yenipress.az

Xəbər xətti