Zəlzələdən sonra podratçı pullarla birgə qaçmağa çalışdı

DÜNYA bölməsi

19:43 - 10 Fevral 2023

 Zəlzələdən sonra podratçı pullarla birgə qaçmağa çalışdı

Hatayda zəlzələ nəticəsində dağılan “Rönessans Rezidens”in podratçısı Mehmet Yaşar Coşqun saxlanılıb.

Yenipress.az xəbər verir ki, o, özü ilə götürdüyü pullarla birlikdə ölkədən çıxmağa hazırlaşarkən nəzarətə alınıb.

Zəlzələdən sonra insanların diqqət mərkəzində olan podratçı “ölkədən qaçmağa cəhd” ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, 2013-cü ildə 12 mərtəbəli 250 mənzildən ibarət olan tikili “Cənnətdən bir kadr” reklamı ilə alıcılarına təqdim edilmişdi. Tikilinin dron çəkilişləri zamanı proyektdə yer alan hovuz istiqamətində çökdüyü məlum olub.

Xəbər xətti