Azərbaycanda orta aylıq əmək haqqı bu qədər artdı

İQTİSADİYYAT bölməsi

15:02 - 18 Yanvar 2023

 Azərbaycanda orta aylıq əmək haqqı bu qədər artdı

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb.

Yenipress.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov yazıb.

O, 10 aylıq yekunda bu göstəricinin 14.5 faiz olduğunu bildirib:

“Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Yəni, əmək pensiyaları gələn ayın əvvəlində 2022-ci ildəki orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdiriləcək.

Fevralın əvvəlində ötən il üçün orta aylıq əmək haqqı üzrə illik rəsmi artım faizi elan ediləcək. Bundan sonra indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq”.

Xəbər xətti