Kamran Əliyevin kürəkəninə yüksək vəzifə verildi

TOPLUM bölməsi

20:44 - 27 Dekabr 2022

 Kamran Əliyevin kürəkəninə yüksək vəzifə verildi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışan Orxan Nuriyev bu gün Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub.

Yenipress.az xəbər verir ki, ictimai fəal Həbib Müntəzir Orxan Nuriyevin Baş prokuror Kamran Əliyevin kürəkəni oluduğunu qeyd edib.

O həmçinin yazıb ki, O.Nuriyevin atası Eldar Qasim oğlu Nuriyev Ədliyyə nazirinin müavinidir. O Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

“Anası Afaq Abdullayeva məşhur ginekoloq, həkimdir və səhiyyə nazirliyinin əməkdaşıdır. Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı da alıb.

Bacısı Nigar Eldar qızı Nuriyeva Qida Təhlükəsizliyi Agentliyinin Strateji təhlil və planlaşdırma sektorunun müdiridir.

Qardaşı Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisidir.

Digər qohumu Nuriyev Elnur Aləm oğlu isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir”, - deyə o əlavə edib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər