Ruslar başa düşür ki, Qarabağdan çıxsalar... - Danielyandan şok

SİYASƏT bölməsi

13:22 - 26 Dekabr 2022

 Ruslar başa düşür ki, Qarabağdan çıxsalar... - Danielyandan şok

Ruslar başa düşür ki, Qarabağdan çıxsalar, Cənubi Qafqazı, Orta Asiyanı, Şimali Qafqazı və bütün Volqa hövzəsini itirəcəklər.

Yenipress.az xəbər verir ki, bu sdözləri erməni politoloq Stepan Danielyan sosial şəbəkə hesabında yazıb.

“Ruslar bizim problemlərimizə görə əziyyət çəkmirlər, əksinə öz problemlərini həll edirlər. Türklərə bizim hesabımıza Ukraynada vəziyyət tam aydın olana qədər vaxt udmaq üçün güzəştə gedirlər. Lazım olan anda Türkiyədən qisas almaq istəyəcəklər. Çünki Azərbaycan da, Türkiyə də qırmızı xətti keçib, rusların, iranlıların evinə girib, onların bütövlüyünü hədələyib. Dolayısı ilə ruslar başa düşür ki, Qarabağdan çıxsalar, Cənubi Qafqazı, sonra Orta Asiyanı, Şimali Qafqazı və bütün Volqa çayı hövzəsini itirəcəklər.

Məlum adama gəlincə… (Paşinyan nəzərdə tutulur – red.) Bu adamın Qarabağın, sonra Sünikin tam təslim olmasına dair razılaşması var. Niyə bunu edir? Bu, araşdırma məsələsidir. Hazırda baş verənlər bundan ibarətdir”, - deyə Danielyan bildirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər