Bakı-Quba yolunda çörək bişirib pulsuz paylayan ana – Foto

TOPLUM bölməsi

10:50 - 26 Dekabr 2022

 Bakı-Quba yolunda çörək bişirib pulsuz paylayan ana – Foto

Şabran rayonunun kəndlərinin birində, yol kənarında olan bir ana lavas bişirib, istəyənlərə paylayır.

Yenipress.az xəbər verir ki, bu barədə Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu paylaşım edib.

O bildirib ki, “Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu ilə Şabran yolunda lavaş bişirildiyini görərək, almaq istəyiblər:

“Məlum oldu ki, qadın lavaşı satmır, ehtiyacı olanlara havayı paylayır. Vətən müharibəsinə qatılan iki oğlunun sağ qayıtması üçün əhd edibmiş. Şükür, ikisi də salamatdı. Ana torpağın üstündə, ağır zəhmət hesabına başa gələn lavaşları paylamaqla öz əhdini yerinə yetirir; dilində dua, əlində bərəkət, üzündə nur…”

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər